Həm Azərbaycan, həm də Ermənistan sülh prosesi çərçivəsində iki ölkənin konstitusiyasında gördükləri hüquqi problemləri bir-birilərinə təqdim etdilər.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Azərbaycan bizim konstitusiyamızda gördüyü problemləri dedi, biz də həmçinin onlara bildirdik. Qanunvericilikdəki dəyişiklikləri müzakirə etdik, qısa müddətdə komissiya yaradıldı.
Konstitusiyanın daha çox daxili idarə sistemində əhəmiyyəti var, lakin xarici siyasətdə də vacibliyi danılmazdır. Ümumiyyətlə, ölkəmizdə konstitusiya dəyişikliyinin əsas səbəbinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olduğunu demək doğru deyil. Bu fikrə qatılmıram”, – deyən Mirzoyan dolayı yolla İrəvanın yanlış, işğalçı yanaşmasının məhz Bakının tələbindən sonra düzəldilməsinə başlandığını etiraf edib.
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı