Erməni yumor ustası Amiran Gevorqyan Rusiyanın Soçi şəhərində dava zamanı öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Soçidəki “Jemçujina” mehmanxanasının yanında Dağıstandan olan 32 yaşlı Artur Rəsulovla baş verən dava zamanı Gevorqyan huşunu itirib.
Rusiya mətbuatının verdiyi məlumata görə, tərəflər arasında dava söyüş üstündə olub. Rəsulovun dostları verdikləri ifadələrində bildiriblər ki, Gevorqyan Rəsulovun anasını söyüb. Dava əvvəlcə barda başlayıb. Barın mühafizəçiləri onları bayıra çıxardıqdan sonra dava küçədə davam edib. Rəsulov Gevorqyana bir neçə yumruq zərbəsi endirib. Xəstəxanada ona kəllə sümüyünün sınığı, açıq kəllə-beyin travması, sağ və sol tərəfli hematoma diaqnozu qoyulub. İki gün koma vəziyyətində qaldıqdan sonra ölüb.
Hazırda Rəsulovun axtarışları davam etdirilir.
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı