Kimisə bəyənmirsinizsə, onu evinizə buraxmazsınız. Biz də eyni şeyi edəcəyik. Lazım gələrsə, tədbirlər görüləcək.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov rusiyalı jurnalist Tina Kandelakinin Astana haqqında dediklərini şərh edərkən bildirib.
“Bunu bu gün və ya sabah etməkdə israr etməyin. Dövlət bunu heç vaxt bağışlamır. O, (Tina Kandelaki) Qazaxıstana gəlməyəcək, gəlsə, ölkəyə girə bilməyəcək”.
Qeyd edək ki, Kandelaki Qazaxıstanda rus dilinin zorla sıxışdırıldığını bildirib. Buna səbəb kimi Qazaxıstanda bir neçə dəmir yolu vağzalının, məsələn, Uralskın - Oral, Uzenin - Janaozen adına dəyişdirilməsini göstərib. Kandelaki bunu “şübhəli qərar” adlandırıb.
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı
- 25 yaşlı gənc iş yerində öldü
- Qobustanda stansiya ərazisində güclü yanğın - Video
- Bakıda 7 avtobusun hərəkət istiqaməti dəyişdirildi
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq