Türkiyə Superliqasında XXI turun oyunları davam edir.
BUTA.TV xəbər verir ki, turun mərkəzi qardaşlaşması "Trabzonspor"la "Qalatasaray" komandaları arasında olub.
Gərgin keçən matç İstanbul nəhənginin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında heç-heçə qeydə alınıb. "Sivasspor" "Qaziantep"lə 2:2, "Konyaspor" "Antalyaspor"la 1:1 və "Fənərbağça" evdə "Samsunspor"la 1:1 hesablı bərabərliyə imza atıb. Tura yanvarın 22-də keçiriləcək "Kayserispor" - "İstanbulspor" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" 2-ci, "Trabzonspor" 37 xalla 3-cü, "Beşiktaş" isə 35 xalla dördüncü pillədə qərarlaşıb.
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı
- 25 yaşlı gənc iş yerində öldü
- Qobustanda stansiya ərazisində güclü yanğın - Video
- Bakıda 7 avtobusun hərəkət istiqaməti dəyişdirildi
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq