Gürcüstanın Batumi şəhərindəki “Batumi Mall”, “Grand Mall”, “Metro Mall” və “Batumi Plaza” kimi ticarət mərkəzinin ziyarətçiləri və işçiləri anonim bomba xəbəri ilə əlaqədar təcili təxliyə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Mtavari Arxi” məlumat yayıb.
"Batumidə ticarət mərkəzləri bağlanıb, gözlənilən terror təhlükəsi ilə əlaqədar insanların sıx toplaşdığı bütün yerlərdə təcili təxliyə elan edilib”- deyə məlumatda bildirilir.
Daxili İşlər Nazirliyi vətəndaşların yayılan məlumatlara hələlik münasibət bildirməyib.
Qeyd edək ki, ötən gün Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması xəbərindən sonra İstanbul reysi təxirə salınmışdı.
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı
- 25 yaşlı gənc iş yerində öldü
- Qobustanda stansiya ərazisində güclü yanğın - Video
- Bakıda 7 avtobusun hərəkət istiqaməti dəyişdirildi
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq