Baş prokuror Kamran Əliyev erməni separatçıların istintaq prosesindən danışıb.
BUTA.TV xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, erməni separatçılar torpaqlar işğaldan azad edilməmişdən əvvəl Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstəriblər:
"Onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar. Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Hazırda görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq bütün istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra bütün ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".
- Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
- Məktəblilər arasında dava: valideyn bıçaqlandı
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı
- 25 yaşlı gənc iş yerində öldü
- Qobustanda stansiya ərazisində güclü yanğın - Video
- Bakıda 7 avtobusun hərəkət istiqaməti dəyişdirildi
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu