Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində VAZ-2106 və “Mersedes” markalı avtomobillərin toqquşması iki nəfərin ölümü ilə nəticələnib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, olayda VAZ-ın sürücüsü 1967-ci il təvəllüdlü Vidadi Məmmədov və 1957-ci il təvəllüdlü sərnişini Knyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib.
Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”
- 2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- Oteldə yanğın oldu - Video
- Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan
- Məktəblilər arasında dava: valideyn bıçaqlandı
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı
- 25 yaşlı gənc iş yerində öldü