Azərbaycanda bir milyon manata gümüş pul satılır.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məşhur saytlardan birində elan paylaşılıb.
Belə ki, gümüş sikkə Türkiyə hökuməti tərəfindən Azərbaycanın 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ildə buraxılıb. Sikkənin hərrac qiyməti isə bir milyon manatdan başlayır.
Həmçinin, Azərbaycanda Gəncə xanlığı dövründə buraxılmış gümüş pul (Abbası) satışa çıxarılıb.
Bununla bağlı elan saytlarının birində məlumat yerləşdirilib.
Çəkisi 4,5 qram olan bu gümüş pulun Gəncə xanı Məhəmmədhəsən xanın dövründə buradakı zərbxanada hazırlandığı iddia edilib. Sözügedən sikkənin 1764-cü ildə (hicri 1178) zərb edildiyi qeyd olunub. Elan saytında təqdim edilən gümüş pul 15 milyon manata təklif olunur.
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”
- 2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- Oteldə yanğın oldu - Video
- Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan
- Məktəblilər arasında dava: valideyn bıçaqlandı