İstanbulda böyük müharibə başlayacaq və çoxlu qan töküləcək.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, vaxtilə bu proqnozla 1994-cü ildə vəfat edən yunan əsilli kahin Orakl Paisios çıxış edib.
İngiltərənin “San” qəzeti isə bu mövzunu yenidən gündəmə gətirib. Belə ki, kahin kimi tanınan Orakl Paisios İstanbulda ruslarla avropalılar arasında böyük bir müharibə başlayacağını və çoxlu qan töküləcəyini demişdi. İngilislərin bu proqnozları indi gündəmə gətirməsi maraqla qarşılanıb.
“San” qəzetinin iddialarına görə, yunan əsilli kahin Fələstində müharibə olacağını da proqnozlaşdırıb. Dünyadakı qarşıdurmaların artmasının Üçüncü Dünya müharibəsinə səbəb olacağını iddia edib. Britaniya qəzeti onun Ukraynadakı savaşı düzgün proqnozlaşdırdığını bildirib.
Qeyd edək ki, bu xəbər İsrail mediasında da əks-səda doğurub. Belə ki, İsraildə nəşr olunan "Valla (“Walla) qəzeti “San” nəşrinin xəbərini “Qəzzadakı savaş dünya müharibəsinə çevriləcək” başlığı ilə oxuculara təqdim edib.
“San” qəzetinin 30 ildən sonra yunanlı kahinin iddialarını dərc etməsi diqqət çəkib. Britaniya mediasında hansı mesajların verildiyi müzakirə mövzusuna çevrilib.
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”
- 2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- Oteldə yanğın oldu - Video
- Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan
- Məktəblilər arasında dava: valideyn bıçaqlandı