Toplanışlara cəlb edilən hərbi vəzifəlilərinin sayı sadələşdirilmiş qaydada müəyyənləşdiriləcək.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində qeyd olunub.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi dəyişiklik layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Prezidentlə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı digər orqan (orqanlar) tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı ilə müqayisədə dəfələrlə azdır. Bu səbəbdən həmin sayın daha sadələşdirilmiş qaydada müəyyən edilməsi qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən məqsədəmüvafiq hesab edilib.
Qeyd edən ki, dəyişiklik layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”
- 2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?