"Roma" baş məşqçisi Joze Mourinyonu istefaya göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla birliklə bütün məşqçi heyəti ilə yollar ayrılıb.
Qeyd edək ki, "Roma" son olaraq dünən A seriyasında "Milan"a 1:3 hesabı ilə uduzub.
Xatırladaq ki, Mourinyo 2021-ci ilin may ayından "Roma"nı çalışdırırdı. Komanda hazırda A seriyasında 29 xalla 9-cu pillədə qərarlaşıb.
Əlavə edək ki, 2021/2022 mövsümündə portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə isə komanda Avropa Liqasının finalına yüksəlib.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq