Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Komitə sədrinin digər əmri ilə, Orxan Nuriyev Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib.
Bundan başqa, müvafiq əmrlə DGK sədrinə iki yeni müşavir də təyin olunub.
Bu vəzifəyə təyin olunanlar Əsgər Nurməmməd oğlu Məmmədov və Anar Fazil oğlu Bayramovdur.
Ə.Məmmədov bundan əvvəl Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi olub.
DGK-nin Katibliyinin rəisi vəzifəsinə isə Elvin Əli oğlu Məmmədov gətirilib.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq