Sankt-Peterburqdakı “Wildberry” mağazalar şəbəkəsinin anbarında baş verən güclü yanğından dərhal sonra işçilərdən biri yanvarın 13-də onu özünün yandırdığını etiraf edən mesaj yazıb. Bundan sonra o, sosial media hesabını silib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Dekabrın 27-də işçilərdən biri iş yoldaşlarından birinə məktub yazıb və baş verəcək yanğınla bağlı həmkarlarına xəbərdarlıq edib. Yanğından sonra həmin şəxs çatda yazıb ki, yanğını o törədib və dərhal da hesabını silib”, - məlumatda bildirilib.
Onun məktubunun aidiyyəti orqanlara verildiyi bildirilir.
Qeyd edək ki, yanvarın 13-də Sankt-Peterburqun Şuşarax rayonundakı “Wildberry” mağazalar şəbəkəsinin anbarında böyük yanğın baş verib. 75 min kvadratmetr ərazidə baş verən yanğını yalnız bir sutka sonra söndürmək mümkün olmuşdu.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- ADSEA əməkdaşları Heydər zirvəsinə yürüş etdilər - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq