2020-ci ildəki 44 günlük müharibədən sonra 17 minə yaxın avtomat yoxa çıxıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan daxili işlər naziri Vahe Kazaryan İctimai Televiziyanın eifirində jurnalistin sualına cavab olaraq deyib.
Nazir avtomatların nə vaxt və harada yoxa çıxdığını, itkin silahların kimin balansında olduğunu açıqlamayıb.
Qeyd edək ki, 44 günlük savaş zamanı Ermənistan hakimiyyəti “cəbhəyə könüllü getmək istəyən” hər kəsə silah paylamağa başlamışdı. Bu silahların qeydiyyatı belə ciddi aparılmırdı və hələ o zaman silahları alıb, cəbhə əvəzinə evinə gedənlər haqda məlumat yayılırdı.
O vaxt kriminalistlər bu silahların Ermənistan üçün gələcəkdə ciddi problemlər yaradacağını bildirmişdilər. Hazırda da Ermənistanda silahlı münaqişələrdə avtomatlardan istifadə edilməsi adi hala çevrilib.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”