Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliya və Vatikanda rəsmi səfərdə olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.
Qazaxıstan liderinin İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Corcia Meloni ilə danışıqlar aparması planlaşdırılır.
O, həmçinin potensial investorlarla - iri İtaliya şirkətlərinin rəhbərləri ilə görüşəcək.
Qasım-Jomart Tokayev yanvarın 19-da Vatikanda Roma Papası I Fransisk ilə görüşəcək.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”