Yanvarın 11-də Mərkəzi Seçki Komissiyasına Nəsimi Sadıqov adlı vətəndaşın prezidentliyə namizəd olmaq üçün ünvanladığı məktub daxil olub.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O bildirib ki, poçtdan həmin məktub MSK-ya gec çatıb: “Qanunvericiliyə əsasən, MSK həmin şəxsin namizədliyini qeydə ala bilməz. Vətəndaş həmin məktubu yanvar ayının 1-də də təqdim etdiyini iddia edə bilərdi. Amma o məktub bizə ayın 11-i çatıb. Namizədlərin qeydə alınması müddəti isə yanvarın 8-də bitib. Yəni o məktub bizə 11-i yox, 1-də çatsaydı, biz ona baxıb geri göndərməli idik”.
MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, bu sənəd 8-dən əvvəl də daxil olsaydı, vətəndaşa geri dönüş edib lazım olan sənədlər onun diqqətinə çatdırılardı.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”