Sözlərim çox qəribə səslənə bilər və hətta məni satqın hesab etmək olar. Amma uzun illər ərzində vasitəçilik missiyalarının sadəcə fırıldaq olduğunu düşünürdüm. Məsələn, Minsk qrupunun vasitəçilik missiyası 26 il ərzində bizə heç nə vermədi, başqa vasitəçilik missiyaları da eyniylə, nəticəsiz oldu.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.
"Sağ qalmağımızın açarı region ölkələri: Azərbaycan, Türkiyə, Gürcüstan, İran və ilk növbədə Rusiya ilə birgəyaşayış qaydalarını tapmaqdır. Əliyev müsahibəsində birbaşa dedi ki, razılığa gəlsək, bizə heç bir vasitəçi lazım deyil.
Baxın, vasitəçilər olanda hər kəs öz maraqlarını rəhbər tutur. Minsk qrupu olanda ABŞ öz arqumentlərini, Fransa öz arqumentlərini və s. bildirirdi. Ona görə də inanıram ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində birbaşa danışıqlar vasitəçilər olmadan qat-qat səmərəli olacaq", - o bildirib.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”