“Xalq artisti”, “əməkdar artist” adı SSRİ-də uydurulmuş bir şeydir. Rəqabət olmadığından, adamlar pul qazana bilmədiyindən, dövlət belə qərara gəldi ki, bu sənətkar yaxşı sənətkardır, o biri yox. Başqa heç bir ölkədə belə şey yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə fəxri adların ləğvi ilə bağlı müzakirələr zamanı deyib.
“Bunlar Ermənistan üçün hansı xidmətlər göstərib? Hansısa uşağın toyuna gedib yaxşı oxuyublar, rəhbər də deyib ki, ona “xalq artisti” və ya “əməkdar artist” adını verin. Musiqi industriyasında status qazanmış insanlar var. Hörmət və populyarlıq rütbə ilə müəyyən edilmir. Hansı elitadan danışırsınız? Elita yoxdur, elita xalqın özüdür”, - Simonyan bildirib.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”