Türkiyənin İstanbul şəhərində yerləşən tarixi Ayasofya məscidinə giriş bu gündən etibarən turistlər üçün ödənişli olub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yayılıb.
Məlumata görə, bu gündən Ayasofyanı ziyarət etmək istəyən əcnəbi turistlər 25 avro ödəniş etməli olacaqlar.
Qeyd edək ki, 2020-ci il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.
Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.
- Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...
- Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
- Azərbaycanda zəlzələ oldu
- Əli Kərimlinin atası vəfat etdi
- Özünü vəkil kimi təqdim edən şəxs həbs edildi - Foto
- Lökbatanda 57 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabah 28 dərəcə isti olacaq
- “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”