Avropa və NATO Ukrayna münaqişəsinin inkişaf etməsindən narahatdır, çünki uzunmüddətli perspektivdə üstünlük Rusiyanın tərəfində ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Mateuş Moravetski deyib.
"Ukrayna bizim və bütövlükdə NATO üçün dərin narahatlıq mənbəyi olmaqda davam edir. Xüsusilə ona görə ki, vəziyyət yanlış istiqamətdə gedir. Keçən yazın sonunda ukraynalı dostlarımız və tərəfdaşlarımız tərəfindən başladılan hücum təəssüf ki, uğurlu alınmadı. Bu o deməkdir ki, beynəlxalq siyasətdə böyük resurslara və strateji üstünlüyə malik Rusiya və onun Prezidenti Vladimir Putin, həmçinin real seçkilərin keçirilməsi zərurəti ilə yüklənməyiblər. Strateji maraqlarına gəldikdə daha uzun bir perspektivə diqqət yetirə bilərlər”, - nazir bildirib.
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video