Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanış keçirilib.
BUTA.TV xəbər verir ki, kadr orqanı işçiləri, şəxsi heyətin uçotuna, təşkilat-səfərbərlik və qeyri-məxfi kargüzarlığa cavabdeh şəxslərin iştirak etdiyi toplanışda Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov çıxış edib.
Baş İdarə rəisi, ordumuzda kadrların idarə edilməsi üzrə ötən il ərzində görülən işlərdən danışıb və bu il qarşıda duran əsas tapşırıqlar barədə məlumatlandırıb.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Türkiyə modelinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Ordusunda uğurlu islahatlar aparılıb. Bu istiqamətdə icra edilən tədbirlərin cari ildə də davam etidiriləcəyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Diqqətə şatdırılıb ki, ordumuzun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, təşkilati-ştat strukturunun təkmilləşdirilməsi üzrə icra edilən tədbirlər, əldə edilən nailiyyətlər öz yüksək effektini verib.
Təlim-metodiki toplanışda Azərbaycan Ordusunun kadr işləri üzrə cavabdeh zabitlərinin kadr hazırlığı və komplekləşdirmə istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məruzələri dinlənilib.
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video