Tayvanda 3 əsas partiya var: amerikapərəst mövqeli Demokratik Proqressiv Partiyası (DPP), Çinlə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Qomindan (Çin) Milliyyətçi Partiyası və mərkəzçi Xalq Partiyası. Seçkilərdə bütün namizədlərin qalib gəlmək şansı demək olar ki, bərabərdir.
Bu sözləri BUTA.TV-a rusiyalı politoloq Sergey Markov yanvarın 13-də Tayvanda keçiriləcək prezident seçkiləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, ada sakinlərinin seçimindən asılı olaraq, nəticələr Çinlə Tayvan arasında gələcək münasibətləri kökündən dəyişə bilər:
“Artıq 2 müddətdir hakimiyyətdə qalan DPP qalib gəlsə, bu o deməkdir ki, Çinlə olan gərgin vəziyyət dəyişməyəcək. Qomindan Partiyasının iqtidarda olması münasibətlərin yaxşılaşağı və gərginliyin azalacağı anlamına gəlir. Xalq Partiyasının qalib gəlməsi də Çin və Tayvan münasibətlərinin irəliləməsinə fürsət yaradacaq”.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Politoloq Çin və Tayvan arasında gözlənilən müharibə ehtimalına da diqqət çəkib:
“Çin və Tayvan arasında münaqişə ehtimalı çox azdır. Çünki Çin Tayvanı dağılmamış vəziyyətdə əldə etmək istəyir. Tayvan iqtisadi cəhətdən çox inkişaf etmiş bir ölkədir. O, yarımkeçiricilərin 80-90 faizini istehsal edir və bir çox başqa aspektlərdə Tayvan qızıl yumurtlayan toyuğa bənzəyir. Çin isə bu toyuğu sağlam şəkildə əldə etmək niyyətindədir. Odur ki, vəziyyətin öz xeyrinə dəyişməsini illərlə gözləyə bilər. Bu ölkənin çox uzun planlaşdırma strategiyası var. Bir çox ölkə planlaşdırma müddətini prezidentlərin və bəzi nazirlərin səlahiyyət müddəti ilə məhdudlaşdırır. Çin isə strateji düşünür. Buna görə də o, Honkonq və Makao kimi, Tayvanın da nə vaxtsa tərkibində olacağına inanır. Honkonq və Makao Çinin tərkibinə qatılanda çox yaxşı, inkişaf etmiş bir vəziyyətdə idilər və ölkənin iqtisadi-siyasi potensialını xeyli gücləndirdilər. Eləcə də Tayvanla bağlı belə plan var. Sadəcə, Çinin öhdəsindən gəlmədiyi bir çətinlik mövcuddur: Bu da Tayvan xalqının milli özünüdərk dəyişikliyidir. Əgər 20 il əvvəl əksəriyyət özünü çinli-xanlı adlandırırdısa, indi tayvanlı hesab edir. Bu, amerikapərəst Demokratik Proqressiv Partiyasını uzun müddətə hakimiyyətə gətirən dərin prosesdir. Və bununla bağlı nə ediləcəyi hələ də bəlli deyil. Lakin Çinin strategiyası gözləməkdir. Odur ki, Çinin Tayvanda hansısa hərbi əməliyyat keçirəcəyi ilə bağlı iddialar ABŞ-ın irəli sürdüyü saxta ittihamlardır. Təbii ki, nəzəri cəhətdən hərbi əməliyyatı təsəvvür etmək çətin deyil. Bu, Çindəki daxili siyasi böhranla bağlı ola bilər. Əgər hökumət siyasi problemləri həll etmək üçün Tayvana qarşı hərbi əməliyyata ehtiyac duysa, müharibə ehtimalı mümkündür. Ancaq belə bir daxili siyasi böhran yoxdur və Çinin Tayvana dair ümumi strategiyası onilliklər ərzində qorunub saxlanılıb: iqtisadi əməkdaşlıq vasitəsilə tədricən özünə yaxınlaşdırmaq və qızıl almanın, Honkonq və Makao kimi, Çinin səbətinə düşməsini gözləmək”.
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video