Evianda azərbaycanlı şairə Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına çox kədərləndim və bunu təəccüblə qarşıladım. Təəssüf ki, Fransada Azərbaycana qarşı olan digər mənfi hallar kimi, bu vandalizm aktı da Azərbaycan qarşı qarayaxma kampaniyasının ifadəsidir. Bunun səbəbi Azərbaycanla bağlı reallıqların yayılmasına mane olmaq və əsl vəziyyəti tamamilə təhrif edən medianın manipulyasiyasıdır.
BUTA.TV xəbər verir ki, bunu sabiq fransalı parlamentari Jan-Lük Reytzer Evian şəhərində tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin vandalizm aktına məruz qalması ilə bağlı Azərtac-ın sualına cavab olaraq söyləyib.
Sabiq deputat bildirib ki, nüfuzlu beynəlxalq təşkilatlarda aparılan müzakirələrdə Qarabağdakı separatçılara qarşı Azərbaycanın mübarizəsinə, eləcə də bu ölkənin öz suverenliyini və bütövlüyünü bərpa etməsinə haqq qazandırılıb. Bu separatçı qrupun qondarma “respublikası” dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən də tanınmamışdı. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Məhz buna görə də Azərbaycan hakimiyyətinin bu mövzu ilə bağlı mövqeyi ədalətli və haqlıdır.
“Ancaq təəssüf ki, bu reallıqların fransız mediasında tamamilə təhrif edilməsi bu gün Fransada anti-Azərbaycan reaksiyanın yaranmasına gətirib çıxarıb.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Evianda Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı Azərbaycanın zəngin mədəniyyətinə, eləcə də mədəni irsə qarşı yönəlib. Bu vandalizm aktı cəzasız qalmamalıdır”, - deyə fransalı siyasətçi vurğulayıb.
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video