Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.
“BUTA TV” APA-ya istinadən xəbər verir ki, belə bir iddia ilə Türkiyənin Artigercek.com saytı çıxış edib. Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.
Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.
İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, digər aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.
“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, şikayətçi olan şəxs İ. Abutalıbovun qonşusu İlyas Bayezitdir. İ. Abutalıbov da öz növbəsində prokurorluğa ərizə ilə müraciət edərək qonşusundan şikayətçi olub. Bildirib ki, həmin şəxs onu hədələyərək külli miqdarda pul almaq istəyir. “Mənə pul verməsəniz, sizi daha çox şikayət edəcəyəm”, - bu sözləri həmin şəxsin Abutalıbova dediyi iddia olunur. Xəbərdə qeyd olunur ki, İ. Abutalıbov vətəndaşlıq aldıqdan sonra Türkiyədə hotellər tikməyə başlayıb. O, İstanbulun Fatih bölgəsində bir çox daşınmaz mülklər əldə edib.
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi
- İlham Əliyev və xanımı Şükürbəyli sakinləri ilə görüşdü
- Almaniyada azərbaycanlı qadın itkin düşdü - Foto
- Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
- Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarıldı - Video