Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir.
BUTA.TV xəbər verir ki, bunları Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
"Fransa Respublikasının vətəndaşı Martin Rian 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.
Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq", - A.Hacızadə deyib.
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - VİDEO
- “Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz” - Prezidentlə sakinin səmimi dialoqu Prezidentlə sakinin səmimi dialoqu
- “Bizim qədər mütləq Qələbə qazanan ikinci ölkə yoxdur” - Prezident
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər - Fotolar-Yenilənib
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...