ARB-də yayımlanan "Kriminal" proqramı bu dəfə hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlıya həsr olunub. BUTA.TV axşam.az-a istinadla xəbər verir ki, verilişdə meyxanaçının törətdiyi qətlin görüntüləri, hadisədən sonra an əks olunub. Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
- 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq məhv edilib - QAİ
- Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı
- "Sahil" metrosu qarşısındakı izdihamla bağlı rəsmi açıqlama
- Badamdarda uçqun təhlükəsi aradan qaldırıldı
- "Sahil" metrosu qarşısında böyük izdiham - Foto
- Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram
- Sabah Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə rəsmi münasibət