Birləşmiş Ərəb Əmirlikləri COP29-un keçirilməsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi bu il ölkənin COP29 tədbirinin keçirilməsi ilə bağlı seçilməsinə görə təbrik edərkən deyib.
İki prezident arasında keçirilən geniştərkibli görüşü zamanı Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan bunun bütün dünyanın Azərbaycana etimadının bir təzahürü olduğunu qeyd edib.
“Keçən dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz kimi, əlbəttə ki, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır. Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq”, - o deyib.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...
- Magyar yeni baş nazir kimi and içdi