Bu gün səhər saatlarında Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın başlayıb.
“Report” xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib. Onun sözlərinə görə, yanğın bir otaqda 35 kv.m sahəni əhatə edib. Binanın üçüncü və dördüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunublar.
Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində baş vermiş yanğın zamanı tibb müəssisəsində stasionar müalicə alan pasiyentlərin sayını açıqlayıb.
Onun sözlərinə görə, RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub. TƏBİB rəhbəri vurğulayıb ki, xəstələrin təxliyəsi davam edir.
Eyni zamanda yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyə-xilasetmə tədbirlərində fəal iştirak ediblər. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.
Baş verən yanğınla bağlı hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər. Bu barədə Baş Prokurorluq məlumat yayıb. “Zəruri istintaq hərəkətləri aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir”, - deyə məlumatda qeyd olunub.
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?
- İstehsalçılar unun qiymətini açıqladı
- Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
- Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi
- Bakı və Anlara Suriyanın yeni quruculuğunda birgə fəaliyyət göstərir
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?