Mafiya rəhbəri həbsdən qaçdı, prezident təcili iclas çağırdı

11:58 - 8 Yanvar 2024 - KRİMİNAL

 Mafiya rəhbəri həbsdən qaçdı, prezident təcili iclas çağırdı

Ekvadordakı “Los Çoneros” cinayətkar qruplaşmasının rəhbəri həbsdən qaçıb.

BUTA.TV xəbər verir ki, bu barədə həbsxanadan məlumat verilib. “Los Çoneros” qruplaşmasının “Fito” ləqəbli rəhbəri Adolfo M.V-nin Quyakilyadakı həbsxanadan qaçması ilə bağlı ölkənin Baş Propkurorluğu cinayət işi açıb”, - məlumatda qeyd olunub.

“Expresso” qəzetinin məlumatına görə, Fito bazar günü səhər ciddi rejimli “La Roka” həbsxanasına köçürülməli idi, lakin onu kamerasında tapmaq mümkün olmayıb.

Ekvador Prezidenti Daniel Noboa məsələ ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Bu xəbər hal-hazırda çox oxunur
Təyyarədə adam öldü, məcburi Bakıya endi

Qeyd edək ki, “Los Çoneros” Ekvadorun ən böyük narkokartelidir. Onun rəhbəri olan Fito 2011-ci ildə narkoticarət, cinayətkar qruplaşma yaratmaqda və qətldə günahlandırılaraq həbs edilmişdi. 2013-cü ilin fevralında qaçmağa cəhd göstərsə də, elə həmin ilin mayında ələ keçmişdi.

2023-cü ilin avqustun 9-da qətlə yetirilən prezidentliyə namizəd Fernando Vilyavisensio ölümündən bir neçə gün öncə Fito tərəfindən təhdidlər aldığını bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol