ATV kanalında Zaur Baxşəliyevin verilişinin bağlanacağı haqda xəbərlərin ardınca Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinin da (ARB kanalı) yayımının dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələ ilə bağlı Kult.az-a açıqlama verən ARB Media Qrupunun mətbuat katibi Mail Əsgərov bildirib ki, verilişin bağlanılması ilə bağlı iddialar əsassızdır.
“Bu şayiədir. Hər bir verilişin bağlanması ilə bağlı qərarın əsaslı səbəbləri olmalıdır. “Səni axtarıram” verilişinin bağlanılması üçün isə heç bir səbəb yoxdur. Verilişin yayımı zamanı hər hansı ciddi problem və efir səhvi qeydə alınmayıb”, - M.Əsgərov vurğulayıb.
Qeyd edək ki, tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyev müəllifi olduğu proqramların bağlanacağını deyib. Məlumatı təsdiq edən ATV rəsmisi bildirib ki, verilişlərin bağlanması ATV-nin yayım siyasəti ilə yox, Zaur Baxşəliyevin ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşması ilə əlaqəlidir.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...