Əziyyətimin hədər getməməsi məni sevindirir.
BUTA.TV xəbər verir ki, bunu "Matç TV"yə açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.
Ağdam təmsilçisinin rusiyalı qolkiperi 2023-cü ilin onun üçün çox pis başladığını bildirib:
"İlin əvvəli o qədər iyrənc idi ki, bundan pis olacağını düşünmək belə mümkün deyildi. Amma ilin sonunda hər şey düzəldi. İnanırdım ki, hər şey yoluna düşəcək. Bunun üçün bütün imkanlarımı səfərbər etmişdim".
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
32 yaşlı qolkiper öz çıxışını dəyərləndirib:
"Zədədən sonra futbola qayıtdım. Bu da mənim üçün ən vacibidir. Çoxları zədənin ağır nəticələr verə biləcəyini deyirdi. Lakin hər şey yaxşı qurtardı. Ona görə də özümə "4+" qiymətini verərdim".
Lunyov 2024-cü ildən gözləntilərini də açıqlayıb: "Qarşıma konkret hədəf qoymuram. Əvvəllər necə çalışırdımsa, yeni ildə də maksimum məşq edəcəm. Əsas odur ki, zədə olmasın".
Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovu 2023-cü ilin avqustunda Almaniyanın "Bayer 04" klubundan 1 illik icarəyə götürüb.
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...