Səudiyyə Ərəbistanında yaşanan “Super Kubok böhranı” ilə bağlı Türkiyə və ölkənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdi var.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ölkəmizi müxtəlif təxribatlarla regiondakı tərəfdaşlarından, çox güclü tarixi, dini, insani, iqtisadi və ticari əlaqələri olan qardaş ölkələrdən ayırmaq cəhdlərindən xəbərdarıq. Yay aylarında Türkiyənin ən mühüm gəlir mənbələrindən biri olan turizmi sarsıtmaq üçün kampaniya aparıldı. İndi müxalifət partiyalarının dəstəyi ilə idman vasitəsilə də analoji dalğanın yaradılmasına çalışıldığını görürük.
Təsadüfi deyil ki, bu nifrət dalğası Türkiyəyə sərmayə qoyan, zəlzələ faciəsi də daxil olmaqla çətin anlarda yanımızda olan, ən mühüm ticarət tərəfdaşlarımızdan olan qardaş ölkələri hədəf alır. Türkiyənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdləri var. Əvvəlki çirkin ssenariləri məhv etdiyimiz kimi, Allahın izni ilə bu oyunu da mütləq məhv edəcəyik”, – deyə Ərdoğan bildirib.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Qeyd edək ki, Ər-Riyadda keçirilməsi nəzərdə tutulan “Qalatasaray”-“Fənərbağça” Super Kubok matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib.
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...