Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov sabiqlərin sırasına qoşulduqdan sonra nəzarətində olan biznes obyektlərini itirməyə başlayıb.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, "Gəmiqaya Holding”, "Cahan Holding” və Naxçıvanbank ASC kimi iri biznes obyektlərinə nəzarəti itirən Vasif Talıbovun daşıma şirkəti ilə bağlı problem yaranıb.
Söhbət Bahar Karqo MMC-dən gedir. Barəsində inzibati iş başlanan bu şirkətin də Vasif Talıbova məxsus olduğu iddia edilir.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi) maddəsi ilə ittiham edilir. İşə Naxçıvan Şəhər Məhkəməsində baxılır.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Artıq iş üzrə bir dəfə məhkəmə baxış iclası keçirilib. Növbəti iclas yanvarın 9-na təyin edilib. İş hakim Gülnar Səfərəliyevin icraatındadır.
445.2-ci maddədə 11000 manatdan 1650 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Bahar Karqo MMC 4 may 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Qəhrəmanov Elgün Elçin oğludur.
Elgün Qəhrəmanovun uzun müddət Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olmuş Elçin Qəhrəmanovun oğlu olduğu bildirilir. Onun digər oğlu Hümbət Qəhrəmanov Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır.
Mediada gedən məlumatlardan aydın olur ki, Elçin Qəhrəmanov Bahar Karqo MMC-nin idarəçilərindən olub. Bu fakt Elgün Qəhrəmanovun onun oğlu olması barədə iddianın əsassız olmadığına şübhələri artırır.
Bu arada yada salaq ki, Vasif Talıbovun qızının adı Baharxanım Talıbovadır. Şirkətin adının da onun adına uyğunlaşdırıldığı iddia edilir.
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...