Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən BUTA.TV-a verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd qarşıdan gələn Prezident seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir.
Nəşrdə seçkilərə dair bir sıra əsas anlayışların izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, habelə müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.
Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...