Astroloqlar bürclərin insan xarakterinin müəyyən edilməsində çox yaxşı bir vasitə olduğunu iddia edirlər. Bəzi bürclər isə xarakterlərinə görə ikiüzlü olmağa daha çox meyllidirlər.
BUTA.TV ikiüzlü bürcləri təqdim edir:
ƏKİZLƏR
Əkizlər bürcü astrologiyanın ən ikiüzlü bürcüdür. Sözün əsl mənasında bu bürcün iki ağlı var. Bir dəqiqə ərzində bir şey söyləyəcəklər və o biri dəqiqədə isə başqa hərəkət edəcəklər, sonra isə lap əksini deyəcəklər. Onlar o anda həqiqəti deyirlər, amma anlar dəyişdikcə həqiqət də dəyişir. Əkizlər Merkuri tərəfindən idarə olunduqları üçün sürətli ağılları var, yəni düşüncələri daim yarışır, böyüyür və dəyişir. Onları hər dəfə görəndə, bir mövzuda fərqli görünən fikirlərə sahib olacaqlar. Xoşbəxtlikdən o, pis niyyətli deyil.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
ƏQRƏB
Əqrəb bürcü hiyləgərsir, şöhrətə meyllidir və bəzi gizli vəziyyətlər onları ikiüzlü olmağa vadar edir. Astroloq Emili Nyuman deyir: "Əqrəblər məqsədlərinə çatmaq üçün hər cür yola gedəcək iddialı insanlardır. Məqsədlərinə çatmaq üçün sizi manipulyasiya etməzdən əvvəl onlar sizin ən böyük dostunuz kimi görünə bilər. Onlar ikiüzlüdürlər, çünki əsl niyyətlərini ortaya qoymurlar. Onunla düşündüyünüz qədər sıx olmadığınızı anlamadan əvvəl Əqrəblə aylar, hətta illər keçirə bilərsiniz.
TƏRƏZİ
“Tərəzilər ağızlarını bağlaya bilmədiklərinə görə sirr saxlaya bilməzlər" deyir Astroloq Lara:
“Tərəzi bürcünə bir sirr danışsanız, onlar başqa birinə açıqlamaq üçün səbirsizlənirlər. "Maraqlı bir məqam isə budur ki, onlar həqiqətən buna görə sonra peşman olurlar. Tərəzilər etibarınızı qırdıqları üçün özlərini pis hiss edir və növbəti dəfə daha yaxşı olacaqlarını söyləyirlər, lakin bu, növbəti dəfə sirr saxlaya biləcəkləri demək deyil. Nədənsə, buna nəzarət edə bilmirlər. Onları ikiüzlü dostlarınızın siyahısına daxil edə bilərsiniz”.
Aytac Şahin
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...