Rusiya-Ukrayna münaqişəsində hərbi və iqtisadi balans xeyli dərəcədə Moskvanın xeyrinə dəyişib və bu tendensiyanın öhdəsindən gəlmək mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Kuinsi İnstitutunun Avrasiya layihələrinin rəhbəri Anatol Liven “Responsible Statecraft”da dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət danışıqlara hələ mümkün olduğu halda başlamaq lazım olduğunu söyləməyə imkan verir:
“Vaşinqtonun Kiyevə yardımına əvvəllər olduğu səviyyədə, hətta ortamüddətli perspektivdə də zəmanət vermək artıq mümkün deyil. Bu, həm də Yaxın Şərqdə vəziyyətin qızışması ilə əlaqədar ABŞ hakimiyyətinin İsrail qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. ABŞ və ya Avropa ölkələri nə qədər artırsalar belə, Rusiya hərbi istehsalının həcminə çata bilməyəcəklər, çünki rusların tempi ukraynalılarınkından 3-5 dəfə yüksəkdir. Bundan əlavə, Ukraynada işçi qüvvəsi çatışmazlığı var və hərbi xidmətə çağırış və onunla bağlı sərtliklər Ukrayna üçün daha pis vəziyyətlər yaradacaq”.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...