ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
BUTA.TV Azərbaycan dilində səsləndirilən təbrikdi təqdim edir:
“Mən cəmi bir neçə həftə əvvəl Azərbaycana gəldim. Lakin Azərbaycanın zəngin mədəniyyəti, ləziz təamları və Azərbaycan xalqının isti münasibəti məni artıq valeh edib. Mən sizin ölkənizi daha yaxşı tanımaq niyyətindəyəm və bunu Qobustana səfər etməklə başlamaqdan çox məmnunam. Bu qədim daşüstü şəkilləri seyr edərkən mən min illər öncə burada – Cənubi Qafqazda həyatın necə olduğunu təsəvvürümə gətirirəm. Öncə heç zaman görmədiyim açıq vulkanların görüntüsü məni heyran etdi. Rəsmi andiçmə mərasimində iştirak etmək üçün yanvarın əvvəlində ABŞ-da olacam. Lakin 2024-cü ilin əvvəlində həyat yoldaşımla Bakıya qayıtmağı səbirsiziklə gözləyirəm. Yeni ildə mən ABŞ-ın Azərbaycandakı növbəti səfiri kimi dövlətlərimiz arasında 32 illik dostluq əlaqələrinə töhfə verməyə, habelə Azərbaycan və ABŞ-a qarşılıqlı fayda gətirən münasibətlərin gücləndirilməsi istiqamətində çalışmaq niyyətindəyəm.
Bu qədim məkan mənə insanların haqqı olan daha dinc və firavan dünyada yaşamaq arzusunu xatırladır.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
ABŞ-ın Azərbaycandakı səfirliyi adından Sizə sevinc, sağlamlıq və uğur dolu yeni il arzulayıram və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibəti ilə təbrik edirəm”.
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...