“Çılpaq gecə” mərasiminin iştirakçıları Nastya İvleyeva, Filipp Kirkorov və lolita Milyavskaya rus telekanallarındakı şou proqramlarda yer almayacaqlar.
Kult.az xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.
“Telekanallar şounu bir ay əvvəl lentə aldılar. Nəticədə "Birinci kanal" və “Rusiya 1” Lolita və Kirkorovu oradan saniyə-saniyə kəsməli oldular. NTV-də onlar ən kəsilmiş formada qalacaqlar, çünki iki şounun finalına ev sahibliyi edirlər. Finalın yayımlanmaması və ya yenidən çəkilişi müsabiqə iştirakçıları üçün ağrılı olardı. Amma sonda bacardıqları qədər kəsiblər. Filmin bütöv bir parçası TNT-də yenidən çəkilib”, - Simonyan bildirib.
Simonyan “Çılpaq gecə” iştirakçılarını Rusiya hərbçilərinin hesabına pul köçürməklə günahlarını yumağa dəvət edib.
2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?
Qeyd edək ki, Nastya İvleyevanın təşkil etdiyi gecəyə F.Kirkorovun açıq-saçıq geyimdə qatılması ciddi etiraza səbəb olub. Hətta ondan "xalq artisti" adının geri alınması tələb edilir.
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video
- Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...