Sementin bəzi növləri əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısından çıxarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarında dəyişikllik edilib.
Dəyişikliyə əsasən, “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”ndan boyanmış və ya boyanmamış, hazır və ya klinker formasında portlandsement, giltorpaqlı sement, şlaklı sement; supersulfat sementi və analoji hidravlik sementlər çıxarılıb.
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video
- İçərisində 40 min olan terminalları oğurladılar – Anbaan video