Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində etimadın möhkəmləndirilməsi tədbirləri fonunda Parisin İrəvana hərbi texnika partiyasını tədarük etməsi ilə bağlı suala cavab verərkən deyib.
Prezidentin köməkçisinin sözlərinə görə, Fransa hökumətinin Cənubi Qafqaz regionunda son məqsədlərini başa düşmək çətindir.
“Biz bildirdik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını və daxili siyasi gündəmlərini Cənubi Qafqaz regionuna ixrac etməməlidirlər”, - H.Hacıyev vurğulayıb.
“Gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam” - Fazil Məmmədovdan xahiş edibmiş
- Trampın xüsusi elçisi Bakıya gəlib - KİV
- Bakı və İrəvan arasındakı sülh prosesi… - Braziliya
- Evlər sürətlə bahalaşır: gənclər necə ev alacaq?
- Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?
- Xərçəngdən qorunmaq üçün nə yeməli?
- İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…
- “Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi mukafata layiq görülüb - FOTO
- Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi