Ər-Riyadda bu gün ləğv edilən Türkiyə Superkubokunun “Qalatasaray”-“Fənərbağça” final oyunu üçün Azərbaycan sosial şəbəkələrində kampaniya başladılıb.
BUTA.TV xəbər verir ki, azərbaycanlı azarkeşlər və sosial media fəalları qardaş ölkənin final matçının Bakıda keçirilməsini təklif ediblər. Qeyd edilir ki, qardaş ölkə komandalarını sevə-sevə qarşılamağa, o cümlədən Atatürkün pankartını özümüz qaldırmağa, İstiqlal Marşını isə bütün stadion boyu oxumaqla birliyimizi bütün dünyaya nümayiş etdirməyə hazırıq.
Xatırladaq ki, bu gün Ər-Riyadda keçirilməsi nəzərdə tutulan Türkiyə Superkubokunun “Qalatasaray”-“Fənərbağça” final matçı ləğv edilib. Buna səbəb kimi isə hər iki komandaya Atatürklə bağlı pankarta, tişörtə və İstiqlal Marşının oxunmasına qoyulan qadağa göstərilir. Bu qadağadan sonra hər iki komandanın oyunçuları qaldıqları oteldən çıxmaqdan imtina ediblər. Nəticədə matç ləğv edilib.
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Laləlikdə maşın sürmüşdülər, polis saxladı - Video-Foto
- Həmin sürücünün toy maşını avtobus oldu - Video