Rusiya 2023-cü ilin iyununda Kaxovka SES-də bəndin parladılması nəticəsində bölgədə daşqın qurbanlarının real sayını qəsdən gizlədib.
BUTA.TV xəbər verir ki, bu barədə “Assoşeyted Press”in hazırladığı materialda qeyd olunub.
Material ölənlərin qeydiyyatını aparan tibb işçiləri, yerli sakinləri dəfn edən könüllülər, habelə Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən iki nəfərin məlumatları əsasında hazırlanıb.
Oleşki xəstəxanasının əməkdaşları bildiriblər ki, ruslar yerli qurumların nümayəndələrinə daşqın zamanı ölənlərin meyitlərinin qardaşlıq məzarlarında basdırılmasını tapşırıblar. Onların sözlərinə görə, təkcə Oleşkidə onlarla cəsədin basdırıldığı bir neçə belə qəbir qazılıb.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
“Hətta yerli hakimiyyət orqanları həkimlərə ölüm şəhadətnamələri verməyi qadağan edib. Bəzi ölənlərin qohumları belə olmayıb, ona görə də onların dəfnləri ilə rəsmilər məşğul olub. Rus hərbçilər meyitləri özbaşına dəfn edənləri də hədələyib”, - tibb işçilərnin verdikləri məlumatda qeyd olunub.
Agentliyə danışanlardan biri deyib ki, təkcə Oleşkidə daşqından ölənlərin sayı 200-300 arasındadır. Rusiyanın Xerson vilayətinə “qubernator” təyin etdiyi Vladimir Saldo isə həmin vaxt hadisə nəticəsində cəmi 59 nəfərin öldüyünü bildirmişdi.
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...