Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti bu siyahıdan çıxarılıb.
Beləliklə, Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və qanunvericiliyə uyğun olaraq xüsusi telekommunikasiya şəbəkəsini yaradan digər dövlət hakimiyyəti orqanlarında xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...