Xəbər verdiyimiz kimi, Azərbaycanda parlament seçkiləri 2020-ci il fevral ayında baş tutsa da, növbəti seçkilər 2024-cü ilin noyabrında keçirilməlidir. Çünki Konstitusiyanın 98-ci maddəsinə görə, parlament seçkiləri noyabr ayının ilk həftəsinin bazar gününə təyin edilməlidir. Əgər parlamentin səlahiyyət müddətinin tamamlanması gözlənilərsə, onda seçkilər 2025-ci ilin noyabrında keçirilməlidir. Ancaq bu, parlamentin 5 illik müddətinin aşılması deməkdir. Qanunvericiliyə görə, parlament seçkisi qabağa çəkilə bilər, ancaq səlahiyyət müddəti keçilə bilməz.
BUTA.TV xəbər verir ki, 2024-cü ilin noyabr ayı Azərbaycan üçün əlamətdar günlərə təsadüf edəcək. Belə ki, Azərbaycan noyabr ayında COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək.
Prezident İlham Əliyev də bu tədbirin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdı: “Təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da on minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”, - dövlət başçısı bildirmişdi.
Bu qədər irihəcmli tədbir 11-24 noyabr 2024-cü ildə baş tutacaq ki, bu da ciddi hazırlıq tələb edir. Nəzərə alaq ki, qonaqların bir qismi artıq noyabrın əvvəlindən gəlməyə başlayacaq.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Buna görə də parlament seçkilərinin noyabr ayından əvvələ çəkiləcəyi ehtimalı həddən artıq yüksəkdir.
Böyük ehtimalla, Azərbaycanda parlament seçkiləri yay aylarında keçiriləcək və parlament 30 sentyabrda payız sessiyasına yeni tərkiblə başlayacaq.
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev