ABŞ və Avropa ölkələri Ukraynanın potensial sülh danışıqları üçün mövqeyini gücləndirməyə çalışır və bu, çox güman ki, Moskvaya ərazi güzəştləri demək olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə "Politiko" nəşri Ağ Ev rəsmisinə və bir avropalıya istinadən yazıb.
Nəşrin yazdığına görə, Qərb paytaxtlarında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun fiaskosundan sonra hava hücumundan müdafiə sistemləri ilə zəngin müdafiə xətlərinin gücləndirilməsindən və Ukraynanın hərbi sənaye kompleksinin bərpasından danışırlar.
“İndi ABŞ və Avropanın Ukraynaya yardımı ciddi təhlükə altında olduğu üçün Bayden administrasiyası və Avropa rəsmiləri səssizcə diqqəti Ukraynanın mövqeyini gücləndirməyə yönəldirlər. Bu cür danışıqlar, yəqin ki, Ukraynanın bir hissəsinin Rusiyaya güzəştə getməsi demək olacaq”, - nəşr yazıb.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Nəşr vurğulayıb ki, ABŞ-da prezident seçkiləri ilində Co Bayden seçdiyi xarici siyasət kursunun uğursuzluğunu etiraf edə və dəyişikliyini açıq elan edə bilməyəcək:
“Bu müzakirələr (sülh danışıqları haqqında – red.) başlayır, lakin administrasiya siyasi riskə görə açıq şəkildə geri çəkilə bilmir”.
- FHN rəhbərliyi Ulu Öndərin məzarı önündə - Video
- “AzərEnerji” və “Azərişıq Ulu Öndərin məzarını ziyarət etdilər
- Abşeronda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi