2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 633.8 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40% və ya 467 milyon dollar çoxdur.
BUTA.TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyadan Azərbaycana ixracın həcmi 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 45% artaraq 842.7 dollara bərabər olub. Eyni dövrdə Azərbaycandan Almaniyaya ixracın həcmi isə 35% artaraq 791 milyon dollar təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Almaniyaya 29.8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
- FHN rəhbərliyi Ulu Öndərin məzarı önündə - Video
- “AzərEnerji” və “Azərişıq Ulu Öndərin məzarını ziyarət etdilər
- Abşeronda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi