Bu ilin aprel ayında Sabirabadda polislərə daş atarkən ehtiyatsızlıqdan həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.
BUTA.TV Publik.az-a istinadən xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində keçirilən prosesdə 49 yaşlı Ehtiram Tarverdiyevə hökm oxunub.
Məhkəmədə bildirilib ki, Ehtiram Tarverdiyev hadisədən əvvəl qanunsuz ovçuluq etdiyi üçün ETSN əməkdaşları tərəfindən cərimələnib. Daha sonra polis əməkdaşları cəriməni ödətdirmək məqsədilə onun yaşadığı kəndə gəlib. Bu zaman sərxoş halda olan Ehtiram müqavimət göstərib. Onun ailə üzvləri və qonşular gələrək sakitləşdirməyə çalışıblar. E.Tarverdiyev yerdən götürdüyü daşı polisə atarkən daş qonşuluqda yaşayan Qələm Balakişiyevanın baş nahiyəsinə dəyib. Qadın ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, vəfat edib.
Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə), 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə yekun ittiham elan edilib.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Məhkəmənin hökmü ilə ona 4 il 2 ay müddətinə həbs cəzası təyin edilib.
- Sumqayıtda Heydər Əliyevin 103-cü ildönümü qeyd edildi
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi