Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli mətbuata açıqlamasında qızların universitetlərə və məktəblərə qısa ətəkdə getməsindən, şəhvət doğuracaq, bayağı geyimlər geyinməsindən şikayətlənib. Bildirib ki, ali məktəblərdə diqqəti təhsildən yayındıran, insanı pis, şeytani yollara salan bu cür paltarlar geyinilməsinə icazə verilməməlidir.
Millət vəkilinin səsləndirdiyi fikirlərlə bağlı Medianews.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, nəyi nə qədər qadağan etsək, bir o qədər ona meyllilik artır.
Psixoloqun sözlərinə görə, Avropa ölkələrində belə, istər orta, istərsə də ali təhsil müəssisələrində sərbəst geyimə icazə yoxdur: “Xatırlayıram mən də universitetdə oxuyarkən qızlar yaxın məhəllədəki yaşayış binalarının bloklarında paltarlarını dəyişərdilər. Maraqlısı odur ki, həmin dövrdə tələbə qızların şalvar geyinməsinə universitetdə icazə verilmirdi. Qızlar da şalvar geyinmək üçün ətəyi dəyişərdilər. Burdan nəticə çıxarmaq olur ki, nəyi nə qədər qadağan etsək, bir o qədər ona meyllilik artır. Düşünürəm ki, təhsilin təhsil geyimi olmalıdır. Ümumiyyətlə nəinki təhsildə, hətta dövlət müəssisələrində çalışan hər kəs də bilir ki, dövlət işində çalışdığı rəsmi geyim qaydası var. Bu məsələ universitetlərdə və orta məktəblərdə tələbə və şagird qızlara da, müəllimlərə də aiddir. Düşünürəm ki, təhsildə uniforma olmalıdır. Avropa ölkələrində belə, istər orta, istərsə də ali təhsil müəssisələrində sərbəst geyimə icazə yoxdur. Filmlər sadəcə filmdir”.
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi