Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova qalmaqal yaşayaraq məhkəməlik olduğu müğənni Afət Fərmanqızı barədə yeni açıqlamalar verib.
Belə ki, “O üz” verilişinin qonağı olan sənətçi yaşadıqları qalmaqalı yenidən gündəmə gətirib:
Müğənni Afət Fərmanqızı ittihamlara səssiz qalmayıb. BUTA.TV-a danışan sənətçi Flora Kərimovanın hər dəfə onun adını hallandırması sayəsində xeyli varlandığını açıqlayıb:
“Allah Flora xanımın canını sağ etsin, onun sayəsində bir il yarım vaxt ərzində Moskvada ikinci evimi alıram. Onun sayəsində tez-tez reklam olunuram. Sizin vasitənizlə ona sual verirəm, o görmürmü ki, mənim toylarımın sayında artım var? Məclisə getmək üçün qiymətim də demək olar ki, hər kəsə bəllidir, heç də aşağı qiymət deyil. Flora Kərimovanın mənim adımı çəkməyi mənə böyük reklam verir və ondan bir şey xahiş etmək istəyirəm: bundan sonra adımı hər ayda bir dəfə yox, həftədə bir dəfə çəkin ki, mən varlanım. Bu gün mən varlanmağımın səbəbkarı kimi Flora xanımın atmacalarını görürəm və ona təşəkkür edirəm, mənə daş ata-ata heykəl qoydu”.
O, F.Kərimovanın hər dəfə efirdə mərhum Xalq artisti İlhamə Quliyeva barəsində danışmasına da münasibət bildirib. A.Fərmanqızı bunun heç də doğru hərəkət olmadığını qeyd edib:
“Haqq dünyasında olan böyük sənətkarımız İlhamə Quliyevanın adını sağlığında “duxu” çatıb çəkə bilmirdisə, indi də çəkməsin. Həmin verilişin yaradıcı heyətinə, aparıcısına da demək istəyirəm ki, siz ancaq və ancaq İlhamə Quliyevanın haqq dünyasına köçməsindən sonra onun adını çəkə bilərsiniz! Sizdə o cəsarət hardaydı ki, onun sağlığında bu cür suallar verəydiniz. Buna cürətiniz çatmazdı! Ölü dalınca danışmağa nə var ki... Oğul ona deyərəm ki, sağlığında danışardı”.
Afət Fərmanqızı Xalq artistinin “Rusiyada 20 kvadrat metrlik bir otaq tutub, “Haxışta”nı orada deyir” fikrinə də münasibət bildirib:
“Flora xanım mənim üçün narahat olub, deyir ki, 20 kvadrat metrlik yer tutub. 20 kvadrat deyil, 200 kvadrat metrdir. Sıfırın birini yalan demisiniz. Bundan əlavə qeyd edim ki, Moskvada hətta 20 kvadratmetrlik yer Bakının mərkəzindəki evin qiymətinədir. Ələlxüsus da mənim yaşadığım ərazi çox bahalı yerdir. Mənim yerimə narahat olmasın, Moskvaya köçəndən 200-ə yaxın toya getmişəm. Bunu da bəlli bir məbləğə vuranda iki evin pulu edir. Floranın riyazi savadı bir az zəifdir, ona görə xatırlatma edirəm. Flora bilmir ki, məhkəməyə verib həbs qoydurmaq istədiyi evlərimin hamısını satıb birini saxlamışam. Azərbaycandakı evlərimi satıb Moskvadan ev almışam. Moskvada 7 evim var, bunu ilk dəfədir açıqlayıram. Azərbaycandakı evlərimin hamısını Moskvaya daşımışam. Çünki özüm və ailəm buradadır, evlərim də gözümün qabağında olsun istəyirəm”.
- Bakıda qəza sıxlığa səbəb oldu
- Oktyabrın son günü hava necə olacaq?
- Övladını boğub öldürən Türkiyə vətəndaşına hökm oxundu
- Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü
- ANAMA-ya 3 yeni minaaxtaran it təqdim olundu
- Badamdarda qaya parçaları ərazidən götürüldü - Video
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video