Növbədənkənar prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımlar ardıcıl, sistemli və keyfiyyətlə atılır.
BUTA.TV xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Ekspert qrupu üzvlərinə müraciətində bildirib.
Onun sözlərinə görə, müstəqil Azərbaycan əlamətdar tarixi hadisə - 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ərəfəsindədir:
"Seçkilər ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirilir. Ən yeni tariximizin müstəsna əhəmiyyətli ictimai-siyasi hadisəsi olan bu irimiqyaslı tədbirin Konstitusiya və Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün MSK tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında lazımi tədbirlər görülür, bütün addımlar ardıcıl, sistemli və keyfiyyətlə atılır".
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
M.Pənahov vurğulayıb ki, geniş maarifləndirmə və məlumatlandırma proqramı üzrə nəzərdə tutulan layihələr seçicilər, aşağı seçki komissiyalarının üzvləri və müxtəlif statuslu digər seçki subyektləri kimi Ekspert qrupu üzvlərini də əhatə etməklə müvəffəqiyyətlə gerçəkləşdirilir.
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi